...

Göygöldə yeni yarımstansiya tikiləcək - 27,2 milyon manatlıq LAYİHƏ

Energetika Materials 16 Yanvar 2026 10:10 (UTC +04:00)
Göygöldə yeni yarımstansiya tikiləcək - 27,2 milyon manatlıq LAYİHƏ
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Göygöl rayonu ərazisində yeni yarımstansiya tikiləcək.

Trend-in məlumatına görə, “Azərişiq” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq bununla bağlı müvafiq işlərə başlayıb.

Belə ki, görüləcək işlər çərçivəsində 110/35/10 KV-luq 2X40 MVA gücündə yarımstansiya və idarəetmə mərkəzinin tikintisi, avadanlıqların quraşdırılması, 110 kV-luq "Daşkəsən 1-2" hava xəttindən budaqlanma ilə yeni yarımstansiyaya 110 kV-luq iki dövrəli hava xəttinin çəkilməsi(11,5 km) və mövcud elektrik veriliş xətlərində əsaslı təmir işləri aparılacaq.

“Azərişiq” ASC hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda ASC görüləcək işlərin 27,2 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti