...

Məşhur futbolçu saxlanıldı (FOTO)

Dünya xəbərləri Materials 16 Yanvar 2026 11:37 (UTC +04:00)
Məşhur futbolçu saxlanıldı (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə məşhurlara qarşı narkotik vasitələrlə bağlı istintaq çərçivəsində hüquq mühafizə orqanları növbəti əməliyyat keçiriblər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı keçmiş futbolçu Ümit Karan saxlanılıb.

Bundan başqa, saxlanılan 18 şübhəli arasında sosial şəbəkə fenomenləri Merve Sanay, Bade Nogay və Deniz Berk Cengiz də yer alır.

Şübhəlilərin 18 saylı İstanbul Ədliyyə sarayına aparıldığı bildirilir. Şübhəlilər tibbi müayinədən sonra məhkəməyə təhvil veriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti