...

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

Dünya xəbərləri Materials 16 Yanvar 2026 06:04 (UTC +04:00)
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

Bakı. Trend:

ABŞ İranla gərginliyin artması fonunda Yaxın Şərqə ən azı bir aviadaşıyıcı zərbə qrupunun yerləşdirilməsinə başlayıb.

Trend-in məlumatına görə, bu barədə “Fox News” telekanalı hərbi mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ-ın hava, quru və dəniz qüvvələrinə aid hərbi aktivləri yaxın günlərdə bölgəyə çatacaq. Bu addım Prezident Donald Trampa İrana qarşı mümkün hərbi əməliyyatlar üçün alternativ variantlar təqdim etmək məqsədi daşıyır.

Mənbələr bildiriblər ki, ABŞ hərbi mövcudluğunun genişləndirilməsi çərçivəsində bölgəyə raketdən müdafiə sistemlərinin də yerləşdirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti