Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp hələ də İranla bağlı heç bir variantı istisna etmir.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
"Prezident [İrandakı vəziyyəti] yaxından izləməyə davam edir, eyni zamanda bütün variantları hələdə də nəzərdən keçirir", - deyə o, ABŞ-ın İrana qarşı hərbi güc tətbiq etmə ehtimalı ilə bağlı suala cavab olaraq bildirib.
"Həqiqət budur ki, yalnız Prezident Tramp nə edəcəyini bilir və çox, çox kiçik bir qrup məsləhətçi onun bu barədə nə düşündüyünü bilir", - deyə K.Livitt əlavə edib.
"O [Tramp] İrandakı vəziyyəti "yerində" yaxından izləməyə davam edir. Dünən [çərşənbə günü] qətllərin və edamların dayandırılacağını öyrəndik. Gördüyümüz kimi, nəticədə 800 insanın həyatı xilas edildi", - deyə o bildirib.