...

Haqqında ölüm cəzası tələb olunan sabiq prezident 5 il azadlıqdan məhrum edildi

Dünya xəbərləri Materials 16 Yanvar 2026 13:03 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Seul Mərkəzi Rayon Məhkəməsi Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yolu beş il müddətinə azadlıqdan məhrum edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, sabiq prezident ötən il həbsinə mane olmaq cəhdləri daxil olmaqla bir sıra ittihamlar üzrə, o cümlədən rəsmi sənədlərin saxtalaşdırılmasında təqsirli bilinib.

Yerli prokurorluq müttəhimə 10 il azadlıqdan məhrum etmə cəzası istəmişdi. Cənubi Koreyanın sabiq liderinin bu qərardan apelyasiya şikayəti verəcəyi gözlənilir.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Yun Sok Yol ölkədə hərbi vəziyyət elan etmişdi. Bu qərar ölkə sakinlərinin narazılığına səbəb olmuş, parlament isə tez bir zamanda onun ləğvini səsvermə ilə təsdiqləmişdi. Nəticədə Yun Sok Yol sərəncamı ləğv etməyə razılıq vermişdi. Bundan sonra Cənubi Koreya parlamenti Yun Sok Yolun impiçmentini təsdiqləyib və o həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti