Bakı.Trend:
Yanvarın 1-dən etibarən Çin Rusiyadan elektrik enerjisi idxalını tamamilə dayandırıb və hətta minimal müqavilə həcmlərinin (təxminən 12 MVt) alınmasından da imtina edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 2026-cı ildə Çinə elektrik enerjisi ixracının bərpası ehtimalı olduqca azdır.
Enerji idxalının dayandırılmasına əsas səbəb yanvar ayından etibarən ixrac qiymətinin Çində daxili elektrik enerjisi tariflərini üstələməsi olub ki, bu da Pekin üçün satınalmaları iqtisadi baxımdan səmərəsiz edir.
