Bakı. Trend:
Bruney-Darüssalamın Universiti "Brunei Darussalam", "Universiti Islam Sultan Sharif Ali", "Universiti Teknologi Brunei", "Kolej Universiti Perguruan Ugama Seri Begawan" və "Politeknik Brunei" ali təhsil müəssisələri 2026–2027-ci tədris ili üçün bakalavriat və magistratura səviyyələri üzrə təqaüd proqramı elan edir.
Trend xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, təqaüd proqramına müraciət üçün son tarix 15 fevral 2026-cı ildir.
Ətraflı məlumatla elan vasitəsi ilə tanış ola bilərsiniz: https://htp.edu.az/uploads/fileuploads/2026/01/77d0ab0c862b48538d31019f25a32efb.pdf.
