...

Albaniya prezidenti Bayram Beqay Azərbaycana səfər edəcək (ÖZƏL)

Siyasət Materials 16 Yanvar 2026 11:11 (UTC +04:00)
Albaniya prezidenti Bayram Beqay Azərbaycana səfər edəcək (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Albaniya Prezidenti Bayram Beqay 13–15 mart tarixlərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirdə iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Bunu Trend-ə özəl müsahibəsində Albaniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Besart Kadia bildirib.

Səfir qeyd edib ki, Albaniya Azərbaycanla ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcək yüksək səviyyəli səfərlər və birgə tədbirlər silsiləsini səbirsizliklə gözləyir.

“İqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ikinci iclasının Tiranada keçirilməsi planlaşdırılır. Bu iclas konkret layihələrin təşviqi və institusional qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi üçün platforma yaradacaq. Prezident Bayram Beqay 13–15 mart tarixlərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirdə iştirak etmək üçün Azərbaycana səfər edəcək ki, bu da Albaniyanın mədəni və intellektual mübadiləyə sadiqliyini nümayiş etdirir”,-deyə Kadia bildirib.

Qeyd edək ki, sözügedən forum Bakıda 12-14 mart (2026-cı il) tarixlərində keçiriləcək və irimiqyaslı tədbirdə hazırda vəzifədə olan və sabiq dövlət və hökumət başçılarının, baş nazirlərin, Nobel mükafatı laureatlaırnın və görkəmli alimlərin iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti