Bakı. Trend:
Venesuela müxalifət lideri Maria Corina Machado Ağ Evdə keçirilən görüşdə Nobel Sülh Mükafatı medalını ABŞ prezidenti Donald Trampa verib.
Trend-in məlumatına görə, bu barədə "EFE" agentliyi xəbər verib.
"Mən Nobel Sülh Mükafatı medalını ABŞ Prezidentinə təqdim etdim", - deyə o bildirib.
Tramp hədiyyəni qəbul edərək sosial şəbəkə hesabındakı paylaşımında Maçadoya təşəkkür edib. Lakin o, medalla nə etməyi planlaşdırdığını dəqiqləşdirməyib.
Qeyd edək ki, Maçado ötən il Nobel Sülh Mükafatını qazanıb. Tramp da öz növbəsində bu mükafatı qazanmaq istəyini gizlətməyib.