...

Sabah hava yağıntılı olacaq

Cəmiyyət Materials 16 Yanvar 2026 12:14 (UTC +04:00)
Sabah hava yağıntılı olacaq
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında yanvarın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0 dərəcədən 3 dərəcəyədək, gündüz 4 dərəcədən 7 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət isə 75-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə - 4 dərəcədən 1 dərəcəyədək, gündüz 5 dərəcədən 10 dərəcəyədək, dağlarda gecə -5 dərəcədən -10 dərəcəyədək, yüksək dağlıq ərazilərdə -15 dərəcədən -20 dərəcəyədək, gündüz 0 dərəcədən -5 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti