...

Paytaxtda 5 kq narkotik vasitə aşkarlandı

Gündəm Materials 16 Yanvar 2026 14:00 (UTC +04:00)
Paytaxtda 5 kq narkotik vasitə aşkarlandı
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilir ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 35 yaşlı Bakı şəhər sakini Orxan Müslümov saxlanılıb. Ondan 5 kiloqram 700 qram marixuana aşkarlanıb.

O.Müslümov ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti