...

Tramp Qəzza zolağı üçün Sülh Şurasının yaradıldığını elan etdi

Dünya xəbərləri Materials 16 Yanvar 2026 04:56 (UTC +04:00)
Tramp Qəzza zolağı üçün Sülh Şurasının yaradıldığını elan etdi

Bakı. Trend:

Vaşinqtonun planına uyğun olaraq Qəzza zolağının yenidən qurulmasına rəhbərlik edəcək Sülh Şurası yaradılıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Sülh Şurasının yaradıldığını elan etmək mənim üçün böyük şərəfdir. Şuranın üzvlərinin siyahısı tezliklə açıqlanacaq, amma əminliklə deyə bilərəm ki, bu, indiyə qədər yaradılmış ən böyük və ən nüfuzlu Şuradır", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti