...

Azərbaycanla BƏƏ arasında imzalanmış saziş biznes dairələrinin əməkdaşlığını daha da genişləndirəcək - Nazir

İqtisadiyyat Materials 10 İyul 2025 18:01 (UTC +04:00)
Azərbaycanla BƏƏ arasında imzalanmış saziş biznes dairələrinin əməkdaşlığını daha da genişləndirəcək - Nazir
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla BƏƏ arasında imzalanmış saziş biznes dairələrinin əməkdaşlığını daha da genişləndirəcək.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri çərçivəsində Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə keçirilən görüş zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”ni (CEPA) imzaladıq. İqtisadi əməkdaşlığın daha da gücləndirilməsi və ticarətin liberallaşdırılmasını ehtiva edən bu Sazişin imzalanması Azərbaycan - BƏƏ strateji əlaqələrində mühüm mərhələdir və gələcək çağrışlara cavab verən dayanıqlı, biliyə və innovasiyaya əsaslanan iqtisadiyyatın inkişafı üçün mühüm baza yaradır.

Sənəd ölkələrimiz arasında sərmayələrin artırılması, sənaye, ticarət, kənd təsərrüfatı, bərpaolunan enerji, maliyyə, turizm, logistika, tikinti və digər sahələrin inkişafı üçün yeni imkanlar açacaq, biznes dairələrinin əməkdaşlığını daha da genişləndirəcək", - deyə, paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti