...

Xaçmazın İstisu qəsəbəsində sakinlərlə növbəti görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 10 İyul 2025 17:40 (UTC +04:00)
Xaçmazın İstisu qəsəbəsində sakinlərlə növbəti görüş keçirilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə İstisu qəsəbəsində növbəti səyyar qəbulunu keçirib.

Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, qəbulda İstisu İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan İstisu qəsəbəsi və Vələmir kəndinin sakinləri iştirak edib.

Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli istiqamətində görülən işlərə görə təşşəkkürlərini bildirib, qaz təchizatının yaxşılaşdırılması, yolların təmiri və bir neçə fərdi müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib, bəzi məsələlərlə bağlı aidiyyatı qurumlar qarşısında məsələ qaldırılması tapşırılıb.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti