...

Avropa İttifaqına 4,28 milyon ukraynalı qaçqın sığınıb

Dünya xəbərləri Materials 10 İyul 2025 15:02 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı ölkələrində yardım üçün rəsmi qeydiyyatdan keçən ukraynalı qaçqınların sayı 4,28 milyon nəfərdir.

Trend xəbər verir ki, bu barədə məlumat Avropa Komissiyasının hesabatında yer alıb.

“2025-ci il mayın 31-nə olan məlumata əsasən, Ukrayna ərazisindən qaçan və Avropa İttifaqında müvəqqəti sığınacaq alan şəxslərin sayı 4,28 milyon nəfər təşkil edib”, - deyə sənəddə bildirilir.

Avropaya sığınan ukraynalı qaçqınların sayı aprel ayı ilə müqayisədə 10,8 min nəfər artıb.

Qeyd edək ki, ən çox ukraynalı qaçqın Almaniyada yaşayır - 1,19 milyon nəfər. Polşada qaçqınların sayı 990 minə, Çexiyada isə 370 minə yaxındır.

Xəbər lenti

Xəbər lenti