Bakı. Trend:
Növbəti il bütün müəllimləri sertifikatlaşdırma prosesindən keçirmiş olacağıq.
Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda ADA Universitetində keçirilən tədbirdə çıxış edərkən deyib.
O bildirib ki, sertifikatlaşdırma prosesi keyfiyyətli təhsilin təmin edilməsi üçün atılmış mühüm addımlardan oldu:
"Biz ilk başlayanda bəzi çətinliklərlə qarşılaşmışdıq. Artıq növbəti il, demək olar ki, biz bütün müəllimləri sertifikatlaşmadan keçirəcəyik", - deyə nazir əlavə edib.