...

Dağıstanda 274 nəfər zəhərlənib

Turizm Materials 10 İyul 2025 01:48 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Federasiyasının Dağıstan Respublikasının Məhərrəmkənd rayonunda kütləvi zəhərlənmə baş verib.

Trend-in məlumatına görə, Dağıstanın səhiyyə naziri Yaroslav Qlazov bildirib ki, son iki gün ərzində bağırsaq infeksiyası – qastroenterit əlamətləri ilə ümumilikdə 274 nəfər tibbi yardım üçün müraciət edib, onlardan 270-i uşaqlardır.

Araşdırmalar zamanı məlum olub ki, zəhərlənməyə səbəb içməli sudan yoluxma olub. Hadisə ilə bağlı Məhərrəmkənd rayonunun bələdiyyə müəssisəsinin direktoru saxlanılıb. O, istehlakçıların təhlükəsizliyinə cavab verməyən xidmət göstərməkdə şübhəli bilinir.

Hazırda bölgədə epidemioloji nəzarət gücləndirilib, içməli suyun keyfiyyətinin təhlili və zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti