...

Filippində olan səyyah Şuşanın müharibədən sonrakı inkişafına heyran qalıb

Cəmiyyət Materials 10 İyul 2025 16:25 (UTC +04:00)
Filippində olan səyyah Şuşanın müharibədən sonrakı inkişafına heyran qalıb
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Şuşa. Trend:

Müharibədən sonra ölkənizin inkişaf sahəsində bu qədər uğur qazanması məni heyrətləndirdi.

Trend xəbər verir ki, bunu filippinli səyyah Coza Mey Riçards Şuşa şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

“Hazırda burada olmaq mənim üçün əsl zövqdür, kənd təsərrüfatı və infrastrukturun inkişafı üçün nə qədər iş görüldüyünü görmək təsiredicidir. Buradakı insanlar son dərəcə dözümlüdür, siz ölkənizi bərpa etmək üçün böyük əzmlə çalışırsınız.

Belə ağır bir tarixi keçmişə malik bir xalq üçün sülh uğrunda həyatını qurban verənləri xatırlamaq xüsusilə kədərlidir. Təbii ki, biz filippinlilər olaraq bütün dünyada sülhün bərqərar olmasını ürəkdən arzulayır və onun gələcəkdə də qorunub saxlanacağına ümid edirik”, - deyə o bildirib.

Qeyd edək ki, Beynəlxalq Səyyahlar Klubu (MTP) tərkibində 30 nəfərlik nümayəndə heyəti Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Şuşa şəhərinə gəlib. Üç gün ərzində 15 ölkədən olan səyyahlardan ibarət qrup aşağıdakı marşrut üzrə hərəkət etməyi planlaşdırır: Füzuli - Xocavənd - Şuşa - Xankəndi - Xocalı - Ağdam - Kəlbəcər - Laçın - Zəngilan - Cəbrayıl.

Səfərin məqsədi azad edilmiş ərazilərlə tanış olmaq, həmçinin “qara turizm” (dark tourism) çərçivəsində aparılan genişmiqyaslı bərpa işlərini nümayiş etdirməkdir. Qeyd edək ki, son dörd il ərzində Qarabağ və Şərqi Zəngəzuru dünyanın ən iri turizm klublarının xətti ilə beynəlxalq səyyahlar 13 dəfə ziyarət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti