Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəs rejiminin əldə olunması və Fələstində saxlanılan israilli girovların azad edilməsi ilə bağlı razılaşmanın yaxın olduğunu bəyan edib.
Trend xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında danışıb.
“Sizə deyim ki, biz Qəzza ilə bağlı sazişin bağlanmasına çox yaxınlaşmışıq. Biz atəşkəs, sülh və girovların qaytarılmasını istəyirik və düşünürəm ki, biz buna yaxınıq”, – deyə ABŞ lideri bildirib.
O, əlavə edib ki, razılaşmanın bu və ya növbəti həftə ərzində əldə olunması üçün “çox yaxşı şanslar” var. Tramp tərəfləri konstruktiv dialoqa çağırıb və ABŞ-nin prosesə aktiv dəstəyinin davam etdiyini vurğulayıb.