Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp 2025-ci il avqustun 1-dən etibarən Braziliyadan gələn bütün mallara əlavə 50 faizlik idxal rüsumu tətbiq olunacağını açıqlayıb.
Trend xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
“1 avqust 2025-ci ildən başlayaraq, Braziliyadan ABŞ-yə idxal edilən bütün məhsullara sektoral rüsumlara əlavə olaraq 50 faizlik əlavə rüsum tətbiq ediləcək”, – deyə Tramp bildirib.
Xatırladaq ki, daha əvvəl Tramp 12 ölkədən idxal olunan mallara 25%-dən 40%-dək dəyişən yeni gömrük rüsumlarının tətbiq ediləcəyini bəyan etmişdi. Yeni tədbirlər Tramp administrasiyasının Amerika bazarını qorumaq və yerli istehsalı gücləndirmək siyasətinin bir hissəsi kimi qiymətləndirilir.