...

Çində 600 km/saat-a qədər sürətlənən qatar nümayiş etdirilib

Dünya xəbərləri Materials 10 İyul 2025 19:48 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin "CRRC Changchun Railway Vehicles" şirkəti 600 km/saat sürət yığa bilən yeni nəsil maqnit yastıqlı (maglev) superqatarın prototipini təqdim edib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, yeni qatar misilsiz effektivliyə, yüksək təhlükəsizlik səviyyəsinə, ətraf mühitə zərərsizliyə və enerji qənaətinə malikdir.

Qeyd edilir ki, Çin bu sahədə artıq böyük təcrübəyə malikdir. Hələ 2004-cü ildən etibarən Şanxayla "Pudun" beynəlxalq hava limanını birləşdirən kommersiya maglev xətti fəaliyyət göstərir. Bu xətt üzərində işləyən qatarlar maksimum 430 km/saat sürətə çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti