...

Azərbaycanda altı ay ərzində 2196 cinayət açılıb

Cəmiyyət Materials 10 İyul 2025 16:40 (UTC +04:00)
Azərbaycanda altı ay ərzində 2196 cinayət açılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə cinayətlərin 92,8 faizi, o cümlədən prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 232, görülmüş operativ cavab tədbirləri ilə 2196 cinayət açılıb.

Trend xəbər verir ki, bu barədə bu gün Daxili İşlər Nazirliyində 2025-ci ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında məluimat verilib.

Bildirilib ki, 4344 hüquqazidd əməlin qarşısı alınıb, axtarışda olan təqsirləndirilən şəxslərin 79,7 faizi tutulub, 3378 ədəd müxtəlif növ atıcı silah yığılıb və tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti