...

DİN-də prokurorluq və polis orqanların əməkdaşlarından ibarət birgə işçi qrupun fəaliyyəti yüksək qiymətləndirilib

Gündəm Materials 10 İyul 2025 19:00 (UTC +04:00)
DİN-də prokurorluq və polis orqanların əməkdaşlarından ibarət birgə işçi qrupun fəaliyyəti yüksək qiymətləndirilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyində 2025-ci ilin birinci yarımilinə dair əməliyyat-xidməti fəaliyyətin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında müzakirə olunan əsas məsələlərdən biri də əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində görülən işlər olub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə müşavirədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən yaradılmış birgə işçi qrupun fəaliyyəti xüsusi vurğulanıb.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bildirib ki, prokurorluq və polis əməkdaşlarından ibarət bu qrupun həyata keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri konkret nəticələr verib, cinayətlərin, xüsusilə ağır və xüsusilə ağır kateqoriyadan olanların açılması sahəsində əhəmiyyətli irəliləyişlər əldə olunub.

Qeyd olunub ki, bu fəaliyyət nəticə etibarilə qanunçuluğun möhkəmləndirilməsinə, vətəndaşların hüquq və mənafelərinin qorunmasına, eyni zamanda cinayətkarlıqla mübarizənin səmərəliliyinin artırılmasına mühüm töhfə verib.

Bu istiqamətdə görülən işlər hüquq-mühafizə orqanları arasında effektiv koordinasiya və qarşılıqlı fəaliyyətin mühüm nümunəsi kimi qiymətləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti