...

Çində 11-ci Nişan Dünya Sivilizasiyalar Forumu keçirilir

Dünya xəbərləri Materials 10 İyul 2025 07:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Şandon əyalətinin Çüfu şəhərində 11-ci Nişan Dünya Sivilizasiyalar Forumu öz işinə başlayıb.

Trend xəbər verir ki, Nişan dağı ilə adlandırılan beynəlxalq tədbirə dünyanın 70 ölkəsindən dövlət rəsmiləri, alimlər, mədəniyyət və ictimaiyyət xadimləri, diplomatlar, tədqiqatçılar və jurnalistlər daxil olmaqla, ümumilikdə 600-ə yaxın qonaq qatılıb.

Forum Çin Mədəniyyət və Turizm Nazirliyi, Çin İctimai Elmlər Akademiyası, Beynəlxalq Konfutsi Assosiasiyası və Şandon əyaləti hökumətinin birgə təşkilatçılığı ilə “Konfutsi dünyası” mədəniyyət mərkəzində keçirilir. Bu ilki tədbir “Müxtəliflikdə gözəllik: Qlobal modernləşmə üçün sivilizasiyalar arasında anlaşmanın inkişafı” mövzusuna həsr olunub.

İki gün davam edəcək forum çərçivəsində sivilizasiyaların mənşəyi və inkişafı, qlobal müasirləşmədə qarşılıqlı tərəqqi, süni intellektin sivilizasiyalara təsiri kimi altı əsas mövzu üzrə dəyirmi masalar, seminarlar və təqdimatlar təşkil olunacaq.

Forumun Çüfu şəhərində keçirilməsi rəmzi xarakter daşıyır – çünki bu şəhər görkəmli Çin filosofu və mütəfəkkiri Konfutsinin doğma yurdu hesab olunur. Nişan Dünya Sivilizasiyalar Forumu ilk dəfə 2010-cu ildə Çüfuda təşkil olunub və o vaxtdan bəri mütəmadi keçirilir.

Xəbər lenti

Xəbər lenti