...

Polşada üç yeni sursat zavodu tikiləcək

Dünya xəbərləri Materials 9 İyul 2025 21:54 (UTC +04:00)
Polşada üç yeni sursat zavodu tikiləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış Polşa Silah Qrupu (PGZ) tərkibində üç yeni sursat fabrikinin tikildiyini açıqlayıb.

Trend-in RMF FM-ə istinadən verdiyi məlumata görə, PGZ-nin qərargahına səfəri zamanı nazir qeyd edib ki, yerli sursat istehsalının təmin olunması Polşa hökumətinin əsas prioritetlərindən biridir və müdafiə sənayesində “tam suverenlik” əldə etmək üçün vacib amildir.

“Hazırda ildə 250 milyon kiçik kalibrli sursat istehsal edirik. Bu, cəmi bir neçə ay öncəki göstəricidən beş dəfə çoxdur – dörddə bir milyard ədəd”, – deyə Kosiniak-Kamış bildirib.

Yeni proqram çərçivəsində 2,4 milyard zlotı (təxminən 600 milyon dollar) dəyərində vəsait ayrılıb. Layihəyə üç yeni müəssisənin inşası ilə yanaşı, mövcud istehsal sahələrinin modernləşdirilməsi və qabaqcıl texnologiyaların tətbiqi də daxildir.

Xəbər lenti

Xəbər lenti