Bakı. Trend:
Seulun Mərkəzi Dairə Məhkəməsi 2024-cü il dekabrın 3-də hərbi vəziyyət dövründə baş vermiş hadisələrin araşdırılması çərçivəsində Cənubi Koreya Respublikasının sabiq prezidenti Yun Sok Yolun yenidən həbs olunması barədə qərar qəbul edib.
Trend-in məlumatına görə, bu barədə yerli "Yonhap" agentliyi xəbər yayıb.
Bildirilir ki, hərbi vəziyyət dövründəki hadisələrin araşdırılması üzrə təyin olunmuş xüsusi prokuror Ço In Sok iyunun 6-da məhkəməyə müvafiq həbs ərizəsi təqdim edib.
Yun Sok Yol beş əsas hüquq pozuntusunda şübhəli bilinir. Daha əvvəl ona qarşı dövlət quruluşuna qarşı qiyam təşkil etmək ittihamı da irəli sürülüb.