Bakı. Trend:
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA tərəfindən növbəti dəfə beynəlxalq qarşılaşmalara təyinat alıb.
Trend xəbər verir ki, o, UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Aktobe” (Qazaxıstan) – “Legiya” (Polşa) matçında hakim-inspektor qismində çıxış edəcək. Görüş iyulun 17-də Qazaxıstanın Aktobe şəhərindəki Mərkəzi Stadionda baş tutacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bundan əlavə, Babək Quliyev iyulun 24-də UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Serbiyanın “Novi Pazar” və Polşanın “Yagelloniya” komandaları arasında keçiriləcək qarşılaşmada da hakim-inspektor funksiyasını yerinə yetirəcək.