Bakı. Trend:
Danimarka hökuməti Ukraynada bərpa işlərinə əlavə 435 milyon kronun (təxminən 68,26 milyon ABŞ dolları) ayrılması ilə bağlı qərar qəbul edib.
Trend bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir
Məlumata görə, investisiya ilə bağlı müvafiq saziş iyulun 10-da Romada keçiriləcək URC2025 konfransında ölkənin XİN rəhbəri Lars Lökke Rasmussen tərəfindən imzalanacaq. Ayrılacaq məbləğdən 338 milyon kronu (təx. 53 milyon ABŞ dolları) 2025-2028-ci illər ərzində ölkənin Nikolayevsk vilayətində enereji səmərəliliyinin artırılması, su təchizatı və isitmə sistemini kimi sahələrə yatırılacaq.
75 milyon kron (11,76 milyon dollar) EU4Reconstruction proqramına (bəzi şəhərlərin bərpası) yönəldiləcək, 22 milyon kron (3,45 milyon dollar) isə Skills4Recovery proqramına (əmək bazarının tələbatını ödəmək üçün təhsil və məşğulluq) ayrılır.
Son üç ildə Danimarka Kiyevə təxminən 9 milyard avro hərbi yardım, təxminən 867 milyon avro isə mülki yardım ayırıb.