...

ABŞ Azərbaycan iqtisadiyyatına investisiyaları 30%-dən çox artırıb

İqtisadiyyat Materials 9 İyul 2025 18:18 (UTC +04:00)
ABŞ Azərbaycan iqtisadiyyatına investisiyaları 30%-dən çox artırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci rübündə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 42,268 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 10,043 milyon ABŞ dolları və ya 31,2% artıb. 2024-cü ilin ilk rübündə ABŞ-dan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 32,225 milyon ABŞ dollarına bərabər olub.

Hesabat dövründə Azərbaycandan ABŞ-ın iqtisadiyyatına 14,727 milyon ABŞ dolları investisiya yatırılıb ki, bu da, illik müqayisədə 7,466 milyon ABŞ dolları, yaxud da 2 dəfə çoxdur. Ötən ilin birinci rübündə bu məbləğ 7,261 milyon ABŞ dolları olub.

Cari ilin ilk üç ayında Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində ABŞ-dan yatırılan investisiyaların payı 2,8% təşkil edib. Xaricə yatırılan investisiyaların payında isə bu ölkə 4,7%-lik yer tutub.

Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,518 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artım deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya 4,6% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti