Bakı.Trend:
Sosial Xidmətlər Agentliyinin müəssisələrində ümumilikdə 847 uşaq yaşayır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, bu şəxslərə sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedaqoji, sosial-hüquqi və sosial mədəni xidmətlər göstərilir və onların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.