...

"Zirə" Türkiyədə ilk yoxlama oyununda qələbə qazandı

İdman Materials 9 İyul 2025 21:35 (UTC +04:00)
"Zirə" Türkiyədə ilk yoxlama oyununda qələbə qazandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yeni mövsümə Türkiyədə hazırlaşan "Zirə" bu gün hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

Trend xəbər verir ki, paytaxt təmsilçisi "Ankara Keçiörengücü" ilə qarşılaşmada 2:1 hesablı qələbə qazanıb. "Zirə"nin heyətində qolları 13-cü dəqiqədə Brahim Konate və 84-cü dəqiqədə Abdul Aziz Batibite vurublar.

Komanda ilk hissəyə bir, ikinci hissəyə isə tamamilə fərqli heyətlə çıxıb.

Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 23-də saat 19:30-da "Neftçi Arena"da baş tutacaq. Cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da Split şəhərindəki "Polyud Stadium"da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti