Bakı. Trend:
ABŞ-nin Texas ştatında daşqın və sel nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Məlumata görə, ən böyük ziyan ştatın Kerr dairəsinə dəyib. Orada 36-sı uşaq olmaqla, azı 95 nəfər həyatını itirib.
İtkin düşmüş 172 nəfəri hələlik nə ölüsü, nə də dirisi tapılıb. Xilasedicilər xilasetmə-axtarış əməliyyatını davam etdirir.
Xatırladaq ki, iyulun 4-dən etibarən leysan yağışların ardından başlayan daşqınlar ümumilikdə ABŞ-nin Texas ştatının 6 dairəsində fəsadlara yol açıb.