Bakı. Trend:
ABŞ-nin Vaşinqton ştatında yerləşən Reynir vulkanı ərazisində qeyri-adi sayda yeraltı təkanlar qeydə alınıb.
Trend-in New York Post qəzetinə istinadən verdiyi məlumata görə, ərazidə adətən ay ərzində təxminən doqquz zəlzələ müşahidə olunur, lakin son günlər yüzlərlə kiçik təkan baş verib.
Zəlzələlər gecə saatlarında başlayıb və dəqiqədə bir neçə dəfə baş verməsi müşahidə edilib. Onların ocaqları Reynir dağının zirvəsindən 1,9-dan 6 kilometrədək dərinlikdə yerləşir.
Buna baxmayaraq, alimlər narahatlığa əsas olmadığını bildirərək, Reynir vulkanı üçün təhlükə səviyyəsinin və rəngli xəbərdarlıq kodunun əvvəlki kimi qaldığını açıqlayıblar. Təkanların aktiv vulkanik fəaliyyətə işarə etmədiyi vurğulanıb.