...

Qarabağ və Şərqi Zəngəzurdakı bərpa prosesi insanı heyran edir - Səyyahlar klubunun təsisçisi

Cəmiyyət Materials 10 İyul 2025 12:35 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzurdakı bərpa prosesi insanı heyran edir - Səyyahlar klubunun təsisçisi
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Şuşa. Trend:

Qarabağ və Şərqi Zəngəzurun bərpası insanı prosesi heyran edir.

Trend xəbər verir ki, bunu amerikalı səyyah, “Most Traveled People” (MTP) beynəlxalq səyyahlar klubunun təsisçisi Çarlz Vili Şuşa şəhərinə səfəri zamanı jurnalistlərə verdiyi açıqlamada bildirib.

“Qarabağın azad edilməsindən sonra artıq 4 il olar ki, buraya mütəmadi olaraq səfər edirəm. Bu müddət ərzində mən Qarabağ və Şərqi Zəngəzurun bərpas prosesinin şahidi olmuşam. Azərbaycanın müasir tələblərə cavab verən üç hava limanı, çoxsaylı avtomobil yolları, infrastruktur obyektləri və dəmir yolları tikə bilməsi heyranedicidir. Dörd il əvvəl Şuşadakı qala divarları göz önündə dağılırdı, indi isə hər şey ideal vəziyyətdədir, şəhər çox gözəldir”, – deyə o bildirib.

Qeyd edək ki, Beynəlxalq Səyyahlar Klubu (MTP) tərkibində 30 nəfərlik nümayəndə heyəti Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Şuşa şəhərinə gəlib. Üç gün ərzində 15 ölkədən olan səyyahlardan ibarət qrup aşağıdakı marşrut üzrə hərəkət etməyi planlaşdırır: Füzuli — Xocavənd — Şuşa — Xankəndi — Xocalı — Ağdam — Kəlbəcər — Laçın — Zəngilan — Cəbrayıl.

Səfərin məqsədi azad edilmiş ərazilərlə tanış olmaq, həmçinin “qara turizm” (black tourism) çərçivəsində aparılan genişmiqyaslı bərpa işlərini nümayiş etdirməkdir. Qeyd edək ki, son dörd il ərzində Qarabağ və Şərqi Zəngəzuru dünyanın ən iri turizm klublarının xətti ilə beynəlxalq səyyahlar 13 dəfə ziyarət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti