...

Ağdərənin kəndlərində yaşayış evlərinin təmirinə başlanılır - 4,9 milyon manatlıq LAYİHƏ

İqtisadiyyat Materials 10 İyul 2025 11:32 (UTC +04:00)
Ağdərənin kəndlərində yaşayış evlərinin təmirinə başlanılır - 4,9 milyon manatlıq LAYİHƏ
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində bərpa, quruculuq və yenidənqurma işləri mərhələli şəkildə uğurla davam etdirilməkdədir.

Trend-in məlumatına görə, bu işlərin davamı kimi Ağdərə rayonunun Çıldıran, Çapar və Heyvalı kəndlərində bir sıra yaşayış evlərinin cari təmiri işləri həyata keçiriləcək.

Belə ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə yekun vurub.

Dövlət xidməti Çıldıran kəndində yaşayış evlərinin təmirini "Araz İnşaatçı" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, şirkətə 1 288 552 manat ödənilib.

Çapar kəndində isə yaşayış evlərinin təmirini “Tutto Bello" şirkəti aparacaq. Belə ki, bunun müqabilində dövlət xidməti ilə şirkət arasında dəyəri 1 706 646 manat olan müqavilə bağlanıb.

Eyni zamanda, dövlət xidməti Heyvalı kəndində bir sıra yaşayış evlərinin təmiri işlərini "Fərid-inşaat" firmasına həvalə edib və dəyəri 1 871 954 manat olan müqavilə bağlayıb.

Sözügedən kəndlər hazırda Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazisindədir. 1993-cü ildə qeyd edilən kəndlər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi və Rusiya sülhməramlıları nəzarətinə keçdi. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun antiterror əməliyyatları nəticəsində kəndlər Azərbaycan nəzarətinə qaytarıldı.

Kəndlər 2023-cü ildə yenidən yaradılan Ağdərə rayonunun tərkibinə daxil edilib.

Xəbər lenti

Xəbər lenti