...

Dağıstanda sudan zəhərlənlərin sayı 300 nəfəri ötüb

Dünya xəbərləri Materials 10 İyul 2025 12:36 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Dağıstan Respublikasının Məhərrəmkənd rayonunda bağırsaq infeksiyası simptomları ilə xəstəxanalara müraciət edənlərin sayı 300 nəfəri ötüb.

Trend xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Zərərçəkənlərin 90-dan çoxu stasionarlarda müalicə alır.

Təkcə son iki gün ərzində xəstəxanalar 270-dən çox insan müraciət edib.

“Mərkəzi Rayon Xəstəxanasında bağırsaq infeksiyası diaqnozu ilə xəstələrin müalicəsi aparılır, son üç sutka ərzində burada qastroenterit əlamətləri ilə 302 nəfər, o cümlədən, 294 uşaq müraciət edib. Ağır xəstəlik halları qeydə alınmayıb. Aşkarlanan xəstələrin sayı azalma tendensiyası göstərir”, – deyə məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti