...

Ukraynalı uşaqlar Bakıda düşərgədə sosioloji reabilitasiyaya cəlb olunacaqlar - Zaur İbrahimov

Cəmiyyət Materials 10 İyul 2025 19:27 (UTC +04:00)
Ukraynalı uşaqlar Bakıda düşərgədə sosioloji reabilitasiyaya cəlb olunacaqlar - Zaur İbrahimov
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Ölkəmizə gətirilən ukraynalı uşaqlar Bakıda təşkil olunmuş düşərgədə sosioloji reabilitasiyaya cəlb olunacaqlar.

Trend xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Sosial Xidmətlər Agentliyi İdarə Heyəti sədrinin müavini Zaur İbrahimov deyib.

Onun sözlərinə görə, onlar Azərbaycan mədəniyyəti ilə tanış olacaqlar və onlara peşəkar konsultasiya xidməti göstəriləcək:

"Bu proqram 10 gün davam edəcək. Proqram çərçivəsində uşaqlar ölkəmizin müxtəlif bölgələrinə səfərlər də edəcəklər".

"Son illərdə müharibədən əziyyət çəkən 230-dan çox ukraynalı uşaq ölkəmizə gətirilərək müxtəlif reabilitasiya proqramlarına cəlb olunub. Onların arasında valideynlərini itirən və müxtəlif travmalar yaşamış uşaqlar var", -.Z.İbrahimov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti