...

Azərbaycan millisinin FIFA reytinqində yeni mövqeyi bəlli olub

İdman Materials 10 İyul 2025 12:39 (UTC +04:00)
Azərbaycan millisinin FIFA reytinqində yeni mövqeyi bəlli olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Trend ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığması reytinqdə üç pillə geriləyib.

Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv 1148 xalla 122-ci yerdə qərarlaşıb.

Reytinqə 1885.36 xalla son dünya çempionu Argentina millisi başçılıq edir. Avropa çempionatının son qalibi İspaniya yığması (1867.09) ikinci, Fransa seçməsi (1862.03) üçüncüdür.

Xəbər lenti

Xəbər lenti