...

Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiyasında 3 sual qiymətləndirmədən çıxarılıb

Cəmiyyət Materials 10 İyul 2025 11:10 (UTC +04:00)
Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiyasında 3 sual qiymətləndirmədən çıxarılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiya imtahanı üzrə ekspertlərin apardıqları təkrar qiymətləndirmə, elmi-metodik və psixometrik təhlil nəticəsində imtahanda istifadə edilmiş 3 sual iştirakçıların lehinə olmaqla qiymətləndirmədən çıxarılıb.

Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, Azərbaycan dili üzrə 1 sual, ədəbiyyat üzrə 2 sual olub:

“22 nəfərin nəticəsi 0–29 aralığından 30–50 bal aralığına keçir. 24 nəfərin nəticəsi 30–50 aralığından 51+ aralığına keçir”.

Xəbər lenti

Xəbər lenti