...

Böyük Britaniya və Fransa “Storm Shadow” raketlərinin təkmilləşdirilməsi üzrə əməkdaşlığı genişləndirir

Dünya xəbərləri Materials 10 İyul 2025 03:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya və Fransa “Storm Shadow” tipli uzaqmənzilli raketlərin yeni və təkmilləşdirilmiş versiyalarının hazırlanması istiqamətində əməkdaşlığı genişləndirəcək.

Trend xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin 37-ci Böyük Britaniya–Fransa sammiti ərəfəsində yaydığı rəsmi bəyanatda bildirilir.

Sənəddə qeyd olunur ki, tərəflər daha çox “Storm Shadow” raketi sifariş etməli və onların müasir əvəzedicilərinin hazırlanmasına dair birgə layihənin növbəti mərhələsinə keçməlidirlər.

“Yeni saziş Böyük Britaniya və Fransanın həm uzaqmənzilli, həm də gəmi əleyhinə raketlərin yaradılması üzrə əməkdaşlığının yeni mərhələyə keçəcəyini və “Storm Shadow” raketinin son əvəzedici dizaynının seçilməsi istiqamətində konkret addımların atılacağını göstərir”, – deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, Böyük Britaniya–Fransa sammiti iyulun 10-da səhər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti