Bakı.Trend:
09.07.2025-ci il tarixində saat 08:00 radələrində Ağdam-Füzuli yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 24 nəfərdən 21-i ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə Trend-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Onlardan 1 nəfərin müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır stabil olaraq qiymətləndirilir.
İki nəfər isə Goranboy rayonunda yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunublar.
Qeyd edək ki, dünən saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində "Ford" markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 24 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.