...

Ermənistanda Karapetyana məxsus Sirk binası dövlət tərəfindən müsadirə oluna bilər

Dünya xəbərləri Materials 10 İyul 2025 17:26 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin Dövlət Əmlakının İdarə Edilməsi Komitəsi əvvəllər ölkədə həbs olunan rusiyalı iş adamı Samvel Karapetyana dolayı yolla məxsus olan İrəvan Sirk binasının dövlət xeyrinə müsadirə olunması tələbi ilə məhkəməyə iddia qaldırıb.

Trend xəbər verir ki, bu barədə məlumat “Datalex” məhkəmə iddiaları sistemində yer alır.

İddia ərizəsinə əsasən, Dövlət Əmlakının İdarə Edilməsi Komitəsi “dövlət əmlakının özgəninkiləşdirilməsi müqaviləsinin ləğv edilməsini” və “6070 kvadratmetr sahəsi olan daşınmaz əmlakın, 180,9 kvadratmetr sahəsi olan yardımçı tikilinin və onların yerləşdiyi 0,57598 hektar torpaq sahəsinin (ünvan: İrəvan şəhəri, Aqatangeqos küçəsi) mülkiyyət hüququ üzrə dövlət qeydiyyatı və mülkiyyət hüququna dair qeydin etibarsız sayılmasını” tələb edir.

Söhbət İrəvan Sirk binasından, ona bitişik yardımçı tikililərdən və onların altında yerləşən torpaq sahəsindən gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti