Bakı. Trend:
ABŞ administrasiyası İraq, Liviya və Əlcəzairdən idxal edilən məhsullara 30 faiz, Filippin, Bruney və Moldova mallarına isə 25 faiz gömrük rüsumu tətbiq etmək qərarına gəlib.
Trend xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında paylaşım edib və rəsmi məktubları da ictimaiyyətə təqdim edib.
Bildirilir ki, yeni rüsumlar 2025-ci il avqustun 1-dən qüvvəyə minəcək.
Trampın sözlərinə görə, əgər adıçəkilən ölkələr cavab rüsumları tətbiq edərlərsə, ABŞ də tarif dərəcələrini daha da artıracaq. Yeni rüsumlar Amerika sənayesini və istehsalçılarını qorumaq məqsədi daşıyır.