Bakı. Trend:
Avropa Komissiyası Ukraynaya əlavə 4 milyard avro həcmində maliyyə yardımı ayırıb.
Trend xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Romada keçirilən Ukrayna donorlarının konfransında elan edib.
“Ukraynaya 1 milyard avro həcmində makromaliyyə yardımı və “Ukrayaya dəstək” fondundan 3 milyard avronun ayrıldığını elan edirəm”, - deyə o bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Avropa Komissiyasının rəhbəri Ukraynanın bərpası üçün Avropa Fondunun yaradıldığını elan edib və Kiyevə dəstək məqsədilə 10 milyard avro həcmində investisiyanın cəlb olunmasına çağırıb.