...

Milli Məclisin sədri Bosniya və Herseqovinaya işgüzar səfər edib

Siyasət Materials 10 İyul 2025 20:58 (UTC +04:00)
Milli Məclisin sədri Bosniya və Herseqovinaya işgüzar səfər edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 10-da Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfərə gəlib.

Parlamentdən Trend-ə verilən məlumata görə, Tuzla şəhərinin beynəlxalq aeroportunda Milli Məclisin sədrini Bosniya və Herseqovina parlamentinin deputatı Nihad Omeroviç və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Srebrenitsa qurbanlarının Anım mərasimində iştirak edəcək, həlak olanların xatirəsini yad edərək Memorial abidə üzərinə gül dəstəsi qoyacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti