Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Mark Karniyə məktub göndərərək, avqustun 1-dən Kanadadan mallara idxal rüsumunun tətbiqi barədə məlumat verib.
Trend-in məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Avqustun 1-dən etibarən Birləşmiş Ştatlar ABŞ-a göndərilən Kanada məhsullarına sənaye rüsumlarından ayrı olaraq 35% rüsum tətbiq edəcək”, - məktubda deyilir.
Ağ Evin rəhbəri Ottavaya cavab tədbirləri barədə xəbərdarlıq edərək, belə bir halda Vaşinqtonun elan edilmiş 35%-ə "sizin [Kanada hökumətinin] seçdiyi istənilən rəqəmi" əlavə edəcəyini vurğulayıb.
Tramp qərarının səbəbi kimi Kanadanın fentanil qaçaqmalçılığını dayandırmamasını göstərdi, lakin qeyd etdi ki, Kanada narkotik axını ilə mübarizə aparmaq üçün ABŞ ilə işləsə, mövcud tarif planı dəyişdirilə bilər.