Bakı.Trend:
2025-ci ilin 6 ayı ərzində ölkə ərazisində 85 qanunsuz ovetmə faktı aşkarlanıb.
Bu barədə Trend-in sualına cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov bildirib.
Onun sözlərinə görə, qanunsuz ovetmə faktları ilə bağlı 84 protokol tərtib edilib və 1 cinayət işi açılıb.
"Bu ilin ötən müddəti ərzində qanunsuz ov edənlər arasında 10 xarici ölkə vətəndaşı olub", - deyə o qeyd edib.