Bakı. Trend:
Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası
istiqamətində;
2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası
istiqamətində;
3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz
istiqamətində;
4. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası
istiqamətində;
5. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu"
metro stansiyası istiqamətində (dairəyə qədər);
6. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından
"Koroğlu" metro stansiyası istiqamətində;
7. 1-ci Göl kənarı küçəsi, Ziya Bünyadov prospekti istiqamətində
sıxlıq müşahidə olunur.