...

Braziliya ABŞ əvəzinə başqa tərəfdaşlar tapacaq - Lula da Silva

Dünya xəbərləri Materials 11 İyul 2025 06:27 (UTC +04:00)
Braziliya ABŞ əvəzinə başqa tərəfdaşlar tapacaq - Lula da Silva

Bakı. Trend:

Braziliya ixracını yönləndirəcək və ÜDM-in cəmi 1,7 faizini təşkil edən ABŞ-ın əvəzinə yeni tərəfdaşlar tapacaq.

Trend-in məlumatına görə, bu barədə Braziliya prezidenti Luiz İnasio Lula da Silva ABŞ-nin avqustun 1-dən Braziliya mallarına 50 faiz rüsum tətbiq edəcəyini elan etdikdən sonra deyib.

"Braziliyanın ABŞ ilə ticarəti ÜDM-in cəmi 1,7 faizini təşkil edir. [Braziliya iqtisadiyyatı üçün] həyati əhəmiyyət kəsb etmir. Biz başqa tərəfdaşlar axtaracağıq", - deyə o qeyd edib.

Prezidentin sözlərinə görə, Braziliya ABŞ ilə münasibətlərini yüksək qiymətləndirir, lakin onun suverenliyinə zərər gətirlmədiyi halda.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti