...

Putin və Trampın görüşü hələ təyin edilməyib - Rubio

Dünya xəbərləri Materials 11 İyul 2025 02:28 (UTC +04:00)
Putin və Trampın görüşü hələ təyin edilməyib - Rubio

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında görüş hələ təyin edilməyib, lakin Vaşinqton Moskva ilə təmasları davam etdirməyə hazırlaşır.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

"Xeyr, sammit hələki planlaşdırılmayıb", - deyə o bildirib.

"Biz Rusiya tərəfi ilə qarşılıqlı əlaqəni davam etdirəcəyik. Onlarla əlaqə saxlamaq imkanımız olanda bunu edəcəyik", - deyə o əlavə edib.

Onun sözlərinə görə, “ABŞ və Rusiya əlaqələri davam etdirməlidir” çünki onlar “vacib ölkələrdir”. “Biz qarşılıqlı əlaqəni və dialoqu davam etdirəcəyik”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti